satellite   Azerspace-1: 11135 H 30000

UEFA Avropa Liqası: “Qarabağ”ın qolkiperi ən çox qurtarış edən qapıçıların sırasında yer alıb

UEFA Avropa Liqası: “Qarabağ”ın qolkiperi ən çox qurtarış edən qapıçıların sırasında yer alıb

UEFA Avropa Liqasının qrup mərhələsinin beşinci turunun oyunlarında ən çox qurtarış edən qapıçılar açıqlanıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, siyahıda “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev də yer alıb. O, “Nant”la oyunda 6 qurtarış edib. Millimizin üzvü “Nant”dan Alfons Lafon, (6) “Betis”dən Klaudio Bravo (6) ilə birgə 3-5-ci pillələri bölüşüb.

Siyahıya Maksim Koval ("Şerif") və Aleksandros Paxalakis ("Olimpiakos") 7 qurtarışla başçılıq edirlər.

Qeyd edək ki, “Qarabağ” beşinci turda səfərdə "Nant"a 1:2 hesabı ilə uduzub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM