satellite   Azerspace-1: 11135 H 30000

Əliyar Ağayev Çempionlar Liqasının qrup mərhələsinin oyununu idarə edib

Əliyar Ağayev Çempionlar Liqasının qrup mərhələsinin oyununu idarə edib

Azərbaycanın FIFA referisi Əliyar Ağayev ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinin oyununu idarə edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, 35 yaşlı hakim Danimarkada "Kopenhagen" və Almaniyanın "Borussiya" (Dortmund) komandaları arasında keçirilən VI tur matçında ədaləti qoruyub.

Ağayev 1:1 hesblı heç-heçə ilə başa çatan görüşdə 4 dəfə əlini cibinə atıb. O, meydan sahiblərindən Denis Vavro və Lukas Leragerə, qonaqlardan isə Antonio Modesto ilə Emre Cana sarı vərəqə göstərib.

Qollara gəlincə, hesabı 23-cü dəqiqədə Dortmund təmsilçisi Torqan Azar açıb. Haukon-Arnar Haraldsson isə 41-ci dəqiqədə tarazlığı bərpa edib.

Qeyd edək ki, bu oyunda Əliyar Ağayevə Zeynal Zeynalov və Akif Əmrəli laynsmanlar qismində yardımçı olub. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM