satellite   Azerspace-1: 11135 H 30000

Çempionlar Liqası: "Milan"ın hücumçusu həftənin ən yaxşı oyunçusu seçilib

Çempionlar Liqası: "Milan"ın hücumçusu həftənin ən yaxşı oyunçusu seçilib

UEFA Çempionlar Liqasında qrup mərhələsinin sonuncu - VI turunun matçlarından sonra həftənin ən yaxşı oyunçusu açıqlanıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, bu ada İtaliya "Milan"ının hücumçusu Olivye Jiru layiq görülüb.

36 yaşlı fransalı forvard səsvermədə İspaniya "Real Madrid"indən Federiko Valverde, Almaniya "Leyptsiq"indən Kristofer Nkunku və İspaniya "Barselona"sından Ferran Torresi qabaqlayıb.

Qeyd edək ki, Olivye Jiru evdə Avstriya "Zaltsburq"una 4:0 hesabı ilə qalib gəldikləri görüşdə 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM