satellite   Azerspace-1: 11135 H 30000

Bu gün Azərbaycan Basketbol Liqasında dördüncü tura yekun vurulacaq

Bu gün Azərbaycan Basketbol Liqasında dördüncü tura yekun vurulacaq

Bu gün "Sərhədçi" İdman Mərkəzində iki qarşılaşma ilə Azərbaycan Basketbol Liqasının (ABL) dördüncü turuna yekun vurulacaq.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, əvvəlcə "Sabah" və "Gəncə" klubları üz-üzə gələcəklər. Oyun 18:30-da start götürəcək. Görüşü https://www.youtube.com/watch?v=Cyh4DHcbdgI linkinə daxil olaraq izləmək mümkün olacaq.

Digər görüşdə isə "Zirvə Astara" klubu "Sərhədçi" ilə qarşılaşacaq. Qarşılaşmaya saat 21:00-da start veriləcək. Oyunu https://www.youtube.com/watch?v=vZBH2E6RjYc linkindən izləmək mümkündür

Dördüncü turun ilk oyunlarında NTD komandası "AAAF Xırdalan"ı 99:97, “Olimpik Şəki” isə "Neftçi"ni 76:73 hesabı ilə məğlub edib.

Turnir cədvəlinə 8 xalla NTD komandası liderlik edir. “Gəncə” 6 xalla ikinci, “Sabah” isə 5 xalla üçüncü pillədə yer alıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM