satellite   Azerspace-1: 11135 H 30000

Dünya çempionatlarında baş məşqçi kimi ən çox oyuna çıxan mütəxəssislər

Dünya çempionatlarında baş məşqçi kimi ən çox oyuna çıxan mütəxəssislər

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) bu il Qətərdə keçiriləcək dünya çempionatı ərəfəsində daha bir mövzu ilə bağlı araşdırma aparıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi IFFHS-ın rəsmi saytına istinadən xəbər verir ki, mundiallarda baş məşqçi kimi ən çox meydana çıxan mütəxəssislərin siyahısı tərtib olunub.

İlk pillədə almaniyalı Helmut Şön qərarlaşıb. O, 1966, 1970, 1974 və 1978-ci illərdəki turnirlərdə 25 qarşılaşmada ölkəsinin yığmasına rəhbərlik edib.

Braziliyalı Karlos Alberto Perreyra bu göstəriciyə görə ikincidir. 79 yaşlı mütəxəssis 1982-ci ildə Küveyt, 1990-cı ildə Birləşmiş Ərəb Əmirlikləri, 1994 və 2006-cı illərdə Braziliya, 1998-ci ildə Səudiyyə Ərəbistanı, 2010-cu ildə isə Cənubi Afrika Respublikasının yığması ilə mundialın iştirakçısı olub. Perreyra 24 görüşdə baş məşqçi funksiyasını yerinə yetirib.

İlk "3-lüy"ü digər braziliyalı Luis Felipe Skolari qapayıb. 74 yaşlı mütəxəssis 2002 və 2014-cü illərdə Braziliya seçməsinin, 2006-cı ildə isə Portuqaliya yığmasının sükanı arxasında olub. O, ümumilikdə 21 matçda baş məşqçi kimi meydana çıxıb.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM