satellite   Azerspace-1: 11135 H 30000

DÇ-2022: Benzema ilk oyunu buraxacaq

DÇ-2022: Benzema ilk oyunu buraxacaq

Fransa millisinin və İspaniya "Real Madrid"inin futbolçusu Kərim Benzema bu il Qətərdə keçiriləcək dünya çempionatının ilk tur oyununu buraxacaq.

Naxçıvan televiziyası İnformasiya Agentliyi "L Equipe" nəşrinə istinadən xəbər verir ki, zədədən sonra bərpa prosesi keçən 35 yaşlı hücumçu mundialın startınadək hazır olmayacaq.

Təcrübəli forvard "kral klubu"nun bu il La Liqada keçirəcəyi son 3 matçında da iştirak edə bilməyəcək.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. Fransa yığması D qrupunda ilk görüşünü noyabrın 22-də Avstraliyaya qarşı keçirəcək. Bu qrupda Danimarka və Tunis milli komandaları da yer alıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM