satellite   Azerspace-1: 11135 H 30000

Bu gün futzal üzrə Yüksək Liqada ikinci dövrəyə start veriləcək

Bu gün futzal üzrə Yüksək Liqada ikinci dövrəyə start veriləcək

Bu gün futzal üzrə Yüksək Liqada altıncı turun oyunları keçiriləcək. Bununla da liqada ikinci dövrəyə start veriləcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, günün ilk oyununda “Neftçi” və “Baku Fire” komandaları üz-üzə gələcəklər. Oyun “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq. Komandalar arasında baş tutmuş mövsümün açılış matçı qolsuz heç-heçə ilə başa çatmışdı. Bu qarşılaşmada qeydə alınacaq nəticə turnir cədvəlinin ikinci pilləsində dəyişikliyə səbəb ola bilər.

Sonra turnir cədvəlinin lideri “Araz-Naxçıvan” “Alyans”la gücünü sınayacaq. Son çempionun Lənkəran təmsilçisi ilə dueldə büdrəyəcəyi inandırıcı görünmür.

Turun sonuncu oyununda “Record club” yeni formalaşan və Avropa çempionatında ölkəmizi təmsil edəcək U-19-la üz-üzə gələcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM