satellite   Azerspace-1: 11135 H 30000

Cüdoçumuz Polşada qızıl medal qazandı - FOTOLAR

Cüdoçumuz Polşada qızıl medal qazandı<font color=red> - FOTOLAR</font> Cüdoçumuz Polşada qızıl medal qazandı<font color=red> - FOTOLAR</font>

Polşanın paytaxtı Varşava şəhərində məşqçi Slavomir Paçolakın xatirəsinə həsr olunmuş VIII Bialoleki Kuboku uğrunda açıq cüdo turniri keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən məlumata görə, yarışda Naxçıvan Güləş Federasiyasının idmançısı Məhəmməd Mədətli 15 yaşadək idmançılar arasında 50 kq çəki dərəcəsi üzrə mübarizə aparıb. Təmsilçimiz 1/8 final mərhələsindən başlayaraq polşalı, sloveniyalı və rumıniyalı rəqiblərini məğlub edib və  finala yüksəlib. Həlledici görüşdə daha bir Polşa idmançısını məğlub edən Məhəmməd turnirin qaliblərindən olub.

İdmançımız diplom, medal və xatirə plaketi ilə mükafatlandırılıb.

Qeyd edək ki, 5-6 noyabr tarixlərini əhatə edən ənənəvi yarışda həvəskarlar, ustalar, yeniyetmələr və gənclər arasında görüşlər keçirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM