satellite   Azerspace-1: 11135 H 30000

Millimizin rəqibi dünya çempionatı üçün yekun heyətini açıqlayıb

Millimizin rəqibi dünya çempionatı üçün yekun heyətini açıqlayıb

Futbol üzrə Belçika millisinin Qətərdə keçiriləcək dünya çempionatı üçün yekun heyəti müəyyənləşib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, heyətdə qapıçılar - Tibo Kurtua ("Real Madrid", İspaniya), Simon Minyole ("Brügge"), Kun Kastels ("Volfsburq", Almaniya), müdafiəçilər - Tibo Alderveyreld ("Antverpen"), Yan Vertongen ("Benfika", Portuqaliya), Zeno Debast ("Anderlext"), Vaut Fas, Timoti Kastan ("Lester", İngiltərə), Artür Teate ("Renn", Fransa), Toma Mönye ("Borussiya" Dortmund, Almaniya), yarımmüdafiəçilər - Yannik Karrasko, Aksel Vitsel (hər ikisi "Atletiko" Madrid, İspaniya), Leander Dendonker ("Aston Villa", İngiltərə), Amadu Onana ("Everton", İngiltərə), Yuri Tilemans ("Lester", İngiltərə) Hans Vanaken ("Brügge"), Eden Azar ("Real Madrid", İspaniya), Leandro Trossard ("Brayton", İngiltərə), hücumçular - Romelu Lukaku ("İnter", İtaliya), Dris Mertens ("Qalatasaray", Türkiyə), Şarl de Ketelare ("Milan", İtaliya), Jeremi Doku ("Renn", Fransa), Mişi Batşuayi ("Fənərbağça", Türkiyə) və Loi Openda ("Lans", Fransa) yer alıblar.

Qeyd edək ki, Belçika millisi noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək mundialda Xorvatiya, Kanada və Mərakeşlə birlikdə F qrupunda mübarizə aparacaq. Milli 2024-cü il Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının rəqiblərindən biridir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM