satellite   Azerspace-1: 11135 H 30000

Super Liqa klubunun baş məşqçisi istefaya göndərilib

Super Liqa klubunun baş məşqçisi istefaya göndərilib

Türkiyənin “Kasımpaşa” futbol klubunun baş məşqçisi Şenol Can istefaya göndərilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb.

Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. İstefaya komandanın uğursuz nəticələri səbəb olub. Sözügedən kollektiv hazırda 15 xalla 19 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb.

Mütəxəssis bu mövsümün əvvəlində baş məşqçi postuna gətirilmişdi. Super Liqanın 3-cü turundan sonra istefaya göndərilən Sami Uğurlunu əvəz edən 39 yaşlı mütəxəssis bu komandanı bütövlükdə 14 rəsmi matça çıxarıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM