satellite   Azerspace-1: 11135 H 30000

Millimizin Macarıstan və İsveç yığmaları ilə oyunları üçün heyəti açıqlanıb

Millimizin Macarıstan və İsveç yığmaları ilə oyunları üçün heyəti açıqlanıb

Noyabrın 15-dən 20-dək Antalyada təlim-məşq toplanışında olacaq və noyabrın 17-də Macarıstan, 20-də isə İsveçin müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunları keçirəcək 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi AFFA-nın saytına istinadla xəbər verir ki, heyətdə Rza Cəfər, David Orucov, Hüseyn Babayev, Rüfət Abbasov, Elcan Əbilov, Ramin Nəsirli (hamısı “Neftçi”), Yusif İmanov, Rüstəm Samiqullin, Camal Cəfərov (hamısı “Sabah”), Xəyyam Hüseynov, Veysəl Rzayev, Elçin Qasımov (hamısı “Turan Tovuz”), Şirxan Həsənzadə, Nəriman Axundzadə (hər ikisi “Qarabağ”), Abdulla Rzayev, Mirəli Əhmədov, (hər ikisi “Şamaxı”), İbrahim Ramazanov, Süleyman Damadayev, Emil Səfər (hamısı “Qəbələ”), Murad Vəliyev (“Levadia”, Estoniya), Nihat Fərəcli (“Tus Koblenz”, Almaniya), Tuqay Əlizadə (“Araz-Naxçıvan”), Samir Abdullayev (“Səbail”) və Mustafa Yıldırım (“Çorum”, Türkiyə) yer alıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM