satellite   Azerspace-1: 11135 H 30000

Champions Chess Tour: Şəhriyar Məmmədyarov final mərhələsində mübarizəyə başlayır

Champions Chess Tour: Şəhriyar Məmmədyarov final mərhələsində mübarizəyə başlayır

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün "Meltwater Champions Chess Tour" seriyasının doqquzuncu - sonuncu mərhələsində mübarizəyə başlayacaq.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, 37 yaşlı qrossmeyster final raundunun I turunda hindistanlı Rameşbabu Praqqnanandha ilə üz-üzə gələcək.

Tərəflər 4 qarşılaşmada münasibətlərə aydınlıq gətirəcəklər.

Qeyd edək ki, turnir noyabrın 20-də başa çatacaq. Yarışın mükafat fondu 210 000 ABŞ dollarıdır.Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid”də ikinci yeri tutub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM