satellite   Azerspace-1: 11135 H 30000

Ağırlıqqaldıranlarımız Türkiyədə beynəlxalq turnirdə iştirak edəcəklər

Ağırlıqqaldıranlarımız Türkiyədə beynəlxalq turnirdə iştirak edəcəklər

Noyabrın 15-17-də Ankarada ağır atletika üzrə üçqat Olimpiya çempionu Naim Süleymanoğlunun xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçiriləcək.

Azərbaycan Ağır Atletika Federasiyasından Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildiriblər ki, yarışda 20-dən çox ölkədən 100-ə yaxın atlet çıxış edəcək.

Turnirdə Azərbaycan yığmasının üzvləri də mübarizə aparacaqlar. Baş məşqçi Emil Əliyevin rəhbərliyi altında qadınların yarışında Nazilə İsmayılova (49 kq) və Rəhilə Hüseynzadə (76 kq), kişilərdə isə Tehran Məmmədov (67 kq), İsa Rüstəmov (73 kq) və Ömər Cavadov (81 kq) körpücük üzərinə çıxacaqlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM