satellite   Azerspace-1: 11135 H 30000

Moldova – Azərbaycan oyununu ukraynalı hakimlər briqadası idarə edəcək

Moldova – Azərbaycan oyununu ukraynalı hakimlər briqadası idarə edəcək

Futbol üzrə Azərbaycan milli komandasının Moldova yığması ilə beynəlxalq yoldaşlıq oyununun hakim təyinatları açıqlanıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, matçı ukraynalı hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Denis Şurman olacaq. Ona Aleksandr Jukov və Viktor Nıjnık kömək edəcəklər. Dördüncü hakim funksiyasını moldovalı Roman Jitari yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 16-da Kişineudakı "Zimbru" stadionunda oynanılacaq Moldova - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Matç “CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM