satellite   Azerspace-1: 11135 H 30000

Uşu-kunq fu üzrə Avropa çempionatında Azərbaycan komandası uğurlu çıxışını davam etdirir

Uşu-kunq fu üzrə Avropa çempionatında Azərbaycan komandası uğurlu çıxışını davam etdirir

Yunanıstanın Afina şəhərində uşu-kunq fu üzrə Avropa çempionatında Azərbaycan komandası uğurlu çıxışını davam etdirir.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, yığmamızın üzvləri Hüseyn Dəyyanlı (42 kq) yeniyetmələr, Yusif Azadi (48 kq), Fuad Əfəndiyev (70 kq) gənclər, Əli Fətullayev (52 kq) kişilər arasında keçirilən çinda yarışında qalib gələrək birinci yeri tutublar.

Kişilər arasında 70 kiloqram çəki dərəcəsində mübarizə aparan İslam Həmrəyliyi Oyunlarının gümüş və bürünc mükafatçısı Elçin Eminov isə bütün rəqiblərinə qalib gələrək beşinci dəfə uşu üzrə Avropa çempionu titulunu qazanıb.

Sanda yarışlarında ölkəmizi təmsil edən idmançılarımız bu gündən mübarizəyə qoşulurlar.

Avropa çempionatında yığmamız böyüklərdən ibarət komandanın böyük məşqçisi Bahəddin Səlimov və gənclərin baş məşqçisi Elçin Eminovun rəhbərliyi ilə iştirak edirlər.

Qitə çempionatı noyabrın 15-dək davam edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM