Antalyada müxtəlif yaş qrupları arasında keçirilən Avropa çempionatında Azərbaycan şahmatçıları Əhməd Xaqan gümüş, Leyla Mirzəyeva isə bürünc medal qazanıblar.
Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Ə.Xaqan 12 yaşlı oğlanların yarışında 7 xal toplayaraq ikinci yeri tutub. Leyla Mirzəyeva isə eyni xalla 10 yaşlı qızlar arasında üçüncü yerdə qərarlaşıb.
Qeyd edək ki, ümumilikdə yarışda 46 ölkədən 1000-ə yaxın şahmatçı mübarizə aparıb.
