satellite   Azerspace-1: 11135 H 30000

Boksçularımız dünya çempionatında mübarizəyə başlayırlar

Boksçularımız dünya çempionatında mübarizəyə başlayırlar

İspaniyanın Alikante şəhərində gənc boksçular arasında dünya çempionatı start götürür.

Azərbaycan Boks Federasiyasından Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildiriblər ki, yarışın ilk günündə təmsilçilərimizdən Sənan Hətəmov (67 kq) otuzikidəbir, Tural Sarıyev (48 kq), Rza Rzazadə (75 kq) və Mehparə Məmmədova (48 kq) isə onaltıdabir final mərhələsindən mübarizəyə başlayacaqlar. Belə ki, Tural Sarıyev (48 kq) Titivat Flonqaurai (Tailand), Sənan Hətəmov (67 kq) Neri Kanaviri (Boliviya), Rza Rzazadə (75 kq) Antonio Leyva (Argentina), Mehparə Məmmədova (48 kq) Lyuba Atanasova (Bolqarıstan) ilə görüşəcəklər.

Dünya çempionatında 89 ölkədən 476 oğlan və 208 qız olmaqla 684 boksçu mübarizə aparacaq. Mundialın qalibləri noyabrın 25-də və 26-da məlum olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM