satellite   Azerspace-1: 11135 H 30000

Güllə atıcılığı üzrə muxtar respublika birinciliyi keçirilib - FOTOLAR

Güllə atıcılığı üzrə muxtar respublika birinciliyi keçirilib<font color=red> - FOTOLAR</font> Güllə atıcılığı üzrə muxtar respublika birinciliyi keçirilib<font color=red> - FOTOLAR</font> Güllə atıcılığı üzrə muxtar respublika birinciliyi keçirilib<font color=red> - FOTOLAR</font>

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Beynəlxalq Tələbə-Gənclər Həftəsi çərçivəsində gənclər arasında güllə atıcılığı  üzrə muxtar respublika birinciliyi keçirilib.

Naxçıvan Muxtar Respublikası Atıcılıq Mərkəzində keçirilən birincilikdə ali və orta ixtisas təhsili müəsissələrinin tələbələri, eləcə də şəhər və rayonların fəal gəncləri iştirak ediblər.

Yarışda 15 idmançı atıcılıq bacarıqlarını nümayiş etdirib. Qaydalara əsasən hər idmançı 5 atış edib. Yekun xallara əsasən Novruz Muradov birinci, Əmrah Əsgərli ikinci, Rasim Rüstəmov isə üçüncü yerləri tutublar.

Qaliblər Beynəlxalq Tələbə Gənclər Həftəsi çərçivəsində keçiriləcək yekun tədbirində mükafatlandırılacaqlar.

Xosrov İbrahimov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM