satellite   Azerspace-1: 11135 H 30000

Braziliya millisinin sabiq futbolçusu karyerasını bitirib

Braziliya millisinin sabiq futbolçusu karyerasını bitirib

Braziliya millisinin sabiq futbolçusu Dieqo Ribas karyerasını bitirib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, son olaraq “Flamenqo”da forma geyinən 37 yaşlı yarımmüdafiəçi vida matçına çıxıb.

O, A seriyasında “Avai” ilə keçirilən qarşılaşma ilə futbolla vidalaşıb.

Qeyd edək ki, futbolçu “Santos”, “Porto”, “Verder”, “Yuventus”, “Volfsburq”, “Atletiko” və “Fənərbağça” klublarında çıxış edib. Braziliya yığmasında 34 oyuna çıxan Dieqo iki dəfə Amerika kuboku yarışını qazanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM