satellite   Azerspace-1: 11135 H 30000

UEFA "Qarabağ"la oyundakı hadisələrə görə Fransa klubunu cəzalandırıb

UEFA "Qarabağ"la oyundakı hadisələrə görə Fransa klubunu cəzalandırıb

UEFA Fransanın "Nant" klubunu cəzalandırıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin qitə futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, buna Liqa 1 təmsilçisinin azarkeşlərinin evdə "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri Avropa Liqasının qrup mərhələsinin V tur oyununda yol verdikləri hərəkətlər səbəb olub.

Klub "Bojuar" stadionunda ictimai keçid yolları bağlandığı üçün 12 000 avro, atəşfəşanlığa görə isə 30 000 avro cərimələnib. Üstəlik, UEFA İtaliya "Yuventus"una qarşı pley-off matçında tribunaların qismən bağlanmasına qərar verib.

Bundan başqa, təhlükəsizlik tədbirləri lazımi səviyyədə olmadığı və azarkeşlər tam yoxlanılmadığı üçün "Nant"a xəbərdarlıq edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM