satellite   Azerspace-1: 11135 H 30000

Beynəlxalq Tələbə-Gənclər Həftəsi ilə bağlı müsabiqə keçirilib - FOTOLAR

Beynəlxalq Tələbə-Gənclər Həftəsi ilə bağlı müsabiqə keçirilib<font color=red> - FOTOLAR</font> Beynəlxalq Tələbə-Gənclər Həftəsi ilə bağlı müsabiqə keçirilib<font color=red> - FOTOLAR</font>

10-17 Noyabr – Beynəlxalq Tələbə-Gənclər Həftəsi çərçivəsində ali və orta ixtisas təhsili müəssisələrinin şən və hazırcavablar klubları arasında müsabiqə keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə  bildirilib ki, müsabiqədə 6 kollektiv səhnə bacarıqlarını nümayiş etdirib.  

Münsiflər heyətinin qərarı ilə Naxçıvan Dövlət Texniki Kollecinin “Pakhlavateam” komandası qalib olub. Naxçıvan Müəllimlər İnstitutunun və Naxçıvan Dövlət Universitetinin təmsilçiləri müvafiq ardıcıllıqla ikinci, üçüncü sıralarda qərarlaşıblar. 

Komandalar Gənclər və İdman Nazirliyi ilə Gənclər Fondunun Beynəlxalq Tələbə-Gənclər Həftəsi ilə bağlı tədbirlər planına uyğun olaraq sabah keçiriləcək yekun tədbirdə mükafatlandırılacaqlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM