satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda Tələbə-Gənclər Həftəsinə yekun vurulub

Naxçıvanda Tələbə-Gənclər Həftəsinə yekun vurulub

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, muxtar respublikada 10-17 noyabr Beynəlxalq Tələbə-Gənclər Həftəsi çərçivəsində gənclərin iştirakı ilə müxtəlif tədbirlər, intellektual, əyləncəli və idman yarışları keçirilib. Bu gün həftənin yekun tədbiri keçirilib, qaliblər mükafatlandırılıb.

Gənclər Mərkəzində keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı dövlət gənclər siyasətinin Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirildiyini bildirərək gənclərin ictimai-siyasi, iqtisadi-mədəni və digər mühüm sferalarda fəal iştirakına zəmin yaradıldığını, potensiallarının inkişafına dəstək göstərildiyini vurğulayıb.

Qeyd olunub ki, gənc nəslin təhsili, fərdi inkişafı, işlə təminatı və sosial qayğılarının həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Onların milli ruhda tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinə sövq edilməsi diqqət mərkəzindədir. Müxtəlif sahələrdə fərqlənən istedadlı gənclərin qabiliyyəti dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilir, onlar fəxri adlarla, xüsusi təqaüd və hədiyyələrlə mükafatlandırılırlar.

Sonra tədbirdə mükafatlandırma mərasimi keçirilib.

Ali və orta ixtisas təhsili müəssislərin tələbələri arasında keçirilən “Nə? Harada? Nə zaman?” intellektual oyunu, şən və hazırcavablar klubları arasında müsabiqə, badminton, stolüstü tennis və peyntbol yarışlarında ilk üç yerə sahib olan gənclər diplom, plaket və hədiyyələrlə mükafatlandırılıblar.

Mahmud Hüseynov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM