satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan boksçusu dünya çempionatında növbəti qələbəsini qazanıb

Azərbaycan boksçusu dünya çempionatında növbəti qələbəsini qazanıb

İspaniyanın Alikante şəhərində gənc boksçular arasında dünya çempionatı davam edir.

Azərbaycan Boks Federasiyasından Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən məlumata görə, Azərbaycan millisinin üzvü Sənan Hətəmov (67 kq) mundialda ikinci döyüşünü də qələbə ilə başa vurub.

İlk görüşdə Neri Kanavirini (Boliviya) mübarizədən kənarlaşdıran boksçumuz 1/16 final çərçivəsində kanadalı Yakub Blaislə üz-üzə gəlib. Gərgin keçən döyüşdə təmsilçimiz rəqibini 4:1 (30:27, 29:28, 29:28, 28:29, 29:28) hesabı ilə məğlub edib.

O, 1/8 finalda qazaxıstanlı Nurbek Mursalla qüvvəsini sınayacaq.

Qeyd edək ki, 89 ölkədən 684 (476 oğlan, 208 qız) boksçunun mübarizə apardığı mundialda qaliblərin adlarına noyabrın 25-də və 26-da aydınlıq gələcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM