satellite   Azerspace-1: 11135 H 30000

Argentina millisi dünya çempionatından əvvəl ciddi itki ilə üzləşib

Argentina millisi dünya çempionatından əvvəl ciddi itki ilə üzləşib

Argentina millisi Qətərdə keçiriləcək dünya çempionatından əvvəl ciddi itki ilə üzləşib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, İtaliyanın "İnter" klubundan yığmaya cəlb olunan Xoakin Korrea mundialı buraxacaq. İyirmi səkkiz yaşlı hücumçu sol ayağından zədə alıb. X.Korreanın yerinə komandaya ABŞ-ın MLS liqasında çıxış edən "Atlanta"nın hücumameyilli yarımmüdafiəçisi Tiaqo Almada çağırılıb.

Qeyd edək ki, dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. Argentina C qrupunda Meksika, Polşa və Səudiyyə Ərəbistanı ilə birgə mübarizə aparacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM