satellite   Azerspace-1: 11135 H 30000

Süni intellekt Braziliya millisini Qətərdə keçiriləcək dünya çempionatının favoriti adlandırıb

Süni intellekt Braziliya millisini Qətərdə keçiriləcək dünya çempionatının favoriti adlandırıb

Braziliya millisinin Qətərdə keçiriləcək dünya çempionatında qalib gəlmək şansı 20,9 faizdir. Braziliya yığması Argentina (14,3 faiz), Fransa (11,4 faiz), İspaniya (9 faiz) və Almaniya (3,4 faiz) ilə müqayisədə ən yüksək göstəriciyə malikdir.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Qətərdə oynanılacaq hər matçın nəticəsi üçün bu ehtimalların hesablanmasında süni intellektdən istifadə edilib.

Britaniyanın “Experian” şirkətinin Braziliya bölməsi olan “Serasa Experian”ın DataLab komandası dünya çempionatının son üç dövrəsinin bütün nəticələrini özündə əks etdirən məlumat bazasından istifadə edib.

Dünya çempionatını proqnozlaşdırmaq üçün istifadə edilən model kredit və sığorta hesablamalarında riskləri hesablamaq üçün istifadə olunan modellə eynidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM