satellite   Azerspace-1: 11135 H 30000

Levandovski dünya çempionatının favoritini açıqlayıb

Levandovski dünya çempionatının favoritini açıqlayıb

“Barselona”nın və Polşa yığmasının hücumçusu Robert Levandovski 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının favoritini açıqlayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, bu barədə “SportsCenter” nəşri məlumat yayıb.

“Argentina təkcə qrupumuzun deyil, bütün turnirin favoritidir. Biz bunu başa düşürük. Üstəlik, Leo Messi çox yaxşı formadadır. Kimlə qarşılaşacağımızı bilirik”, - R.Levandovski deyib.

Qeyd edək ki, dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək. Turnirin açılış oyununda meydan sahibləri Ekvador millisini qəbul edəcək. Həmçinin onlarla eyni qrupda Seneqal və Niderland da oynayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM