satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan karateçiləri mövsümün sonuncu Seriya A turnirində iki medal qazanıblar

Azərbaycan karateçiləri mövsümün sonuncu Seriya A turnirində iki medal qazanıblar

Azərbaycan milli komandası İndoneziyanın paytaxtı Cakartada keçirilən Karate1 Seriya A turnirində iki bürünc medal qazanıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Ayxan Mamayev (84 kq) və Mədinə Sadiqova (55 kq) nüfuzlu yarışı üçüncü yerdə başa vurublar. Digər karateçimiz Renata Ərəbli (61 kq) isə bürünc mükafat şansını əldən verib. İdmançılarımızı kumite üzrə kişilərin baş məşqçisi Qurban Tağıyev müşayiət edib.

Mövsümün sonuncu Seriya A turnirində 65 ölkədən 661 karateçi iştirak edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM