satellite   Azerspace-1: 11135 H 30000

Taekvondo üzrə dünya çempionatının keçici bayrağı Azərbaycan nümayəndəsinə təqdim edilib

Taekvondo üzrə dünya çempionatının keçici bayrağı Azərbaycan nümayəndəsinə təqdim edilib

Meksikanın Qvadalaxara şəhərində taekvondo üzrə dünya çempionatının bağlanış mərasimi keçirilib. Tədbirin sonunda mundialın keçici bayrağı növbəti dünya çempionatına ev sahibliyi edəcək Azərbaycan nümayəndəsinə təqdim edilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, keçici bayrağı Meksika Taekvondo Federasiyasının rəsmisi Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidenti Nağı Səfərova verib.

Mərasimdə ATF-nin vitse-prezidenti Niyaməddin Paşayev də iştirak edib.

2023-cü il mayın 29-dan iyunun 4-dək Bakıda təşkil olunacaq dünya çempionatı Ümumdünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edəcəyindən yubiley ölkəmizdə qeyd olunacaq.

Qeyd edək ki, Qvadalaxarada taekvondoçumuz Cavad Ağayev (68 kq) bürünc medal qazanıb. Yarışda ədalət təmsilçiləri sırasında isə beynəlxalq dərəcəli hakimimiz Aygül Abdullayeva da yer alıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM