satellite   Azerspace-1: 11135 H 30000

Şahmatçılarımız dünya çempionatında İsrail komandası ilə mübarizə aparacaqlar

Şahmatçılarımız dünya çempionatında İsrail komandası ilə mübarizə aparacaqlar

Kişi şahmatçılardan ibarət Azərbaycan yığmasının İsraildə təşkil olunan komandalararası dünya çempionatında mübarizəsi davam edir.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, komandamız bu gün İsrail yığmasına qarşı mübarizə aparacaq.

Qeyd edək ki, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Aydın Süleymanlı, Qədir Hüseynov və Vüqar Əsədlidən ibarət Azərbaycan yığması dörd turun nəticəsinə görə, “B” qrupunda 5 xalla ikinci yerdədir. Özbəkistan 6 xalla ilk pillədə qərarlaşıb. Hindistan, İsrail hərəyə 4, Polşa 3, ABŞ komandası isə 2 xal toplayıb.

Turnirdə ümumilikdə 12 komanda mübarizə aparır. Bir dövrəli sistem üzrə keçiriləcək beş turluq mübarizənin sonunda, qrupda ilk dörd yeri tutmuş komandalar yarışın dörddəbir final mərhələsinə vəsiqə qazanacaqlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM