satellite   Azerspace-1: 11135 H 30000

Lionel Messi Argentina millisinin tarixinə düşüb

Lionel Messi Argentina millisinin tarixinə düşüb

Lionel Messi Argentina millisinin tarixinə düşüb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, 35 yaşlı hücumçu buna Qətərdə keçirilən dünya çempionatında Səudiyyə Ərəbistanı ilə matçda fərqlənməklə nail olub.

Forvard Argentina yığmasının heyətində 4 mundialda (2006-cı, 2014-cü, 2018-ci və 2022-ci) qol vuran ilk oyunçu adına sahib çıxıb.

Messi Dieqo Maradona (1982-ci, 1986-cı, 1994-cü) və Qabriel Batistutanın (1994-cü, 1998-ci və 2002-ci) rekordunu geridə qoyub.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı yığması ilə oyunda Argentina millisi 1:2 hesabı ilə məğlub olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM