Bakıda kikboksinq üzrə uşaqlar, yeniyetmələr, kadetlər, gənclər, qızlar və kişilər arasında peşəkar turnir keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən xəbərə görə, Naxçıvan Kikboksinq Federasiyası Şərur rayon bölməsinin idmançısı Zeynalabdin Musayev yarışda K1 versiyası üzrə döyüşlər aparıb. 2006-2007-ci il təvəllüdlü idmançılarla qələbə uğrunda mübarizə aparan təmsilçimiz bütün rəqiblərini məğlub edərək 75 kq çəki dərəcəsi üzrə qalib olub. İdmançımız diplom və qızıl medalla mükafatlandırılıb.
- 20:27 23.11.2022
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.
