satellite   Azerspace-1: 11135 H 30000

Uels millisinin kapitanı Qaret Beyl yeni rekorda imza atıb

Uels millisinin kapitanı Qaret Beyl yeni rekorda imza atıb

Futbol üzrə Uels millisinin kapitanı Qaret Beyl yeni rekorda imza atıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi dünya çempionatının ikinci turunda İranla keçirilən oyunda start heyətdə meydana çıxıb. Bu, onun millidəki 110-cu matçı olub.

Beləliklə, Beyl milli komandada ən çox oyun keçirən futbolçu olub. O, komanda yoldaşı - hazırda ehtiyatda olan Kris Qanteri (109) geridə qoyub.

Qeyd edək ki, ABŞ-ın “Los-Anceles” klubunda çıxış edən futbolçu Uels millisində 41 qol vurub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM