satellite   Azerspace-1: 11135 H 30000

DÇ-2022: Niderland Ekvadorla heç-heçə edib, Qətər qrupda qalıb

DÇ-2022: Niderland Ekvadorla heç-heçə edib, Qətər qrupda qalıb

Qətərdə keçirilən dünya çempionatının A qrupunda II tura yekun vurulub.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, turun son matçında Niderland və Ekvador yığmaları üz-üzə gəlib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Görüşdə ilk qolu 6-cı dəqiqədə "narıncılar"dan Kodi Qakpo vurub. 49-cu dəqiqədə isə Enner Valensiya tarazlığı bərpa edib.

Qrupun digər matçında ev sahibi Qətər Seneqala uduzub - 1:3.

Qeyd edək ki, 2 turdan sonra aktivində 4 xalı olan Ekvador və Niderland ilk iki sıranı bölüşdürür. Seneqal 3 xalla üçüncü, xalı olmayan Qətər isə sonuncudur. Bu nəticədən sonra ev sahiblərinin qrupda qalması dəqiqləşib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM