satellite   Azerspace-1: 11135 H 30000

DÇ-2022: Braziliya millisi pley-offa vəsiqəni təmin edib

DÇ-2022: Braziliya millisi pley-offa vəsiqəni təmin edib

Braziliya millisi Qətərdə keçirilən dünya çempionatında 1/8 finala vəsiqəni təmin edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, "sambaçılar" buna G qrupunun II turunda İsveçrəyə minimal hesabla qalib gəlməklə nail olub. Yeganə qolu 83-cü dəqiqədə Kazemiro vurub.

Bu qələbədən sonra xallarını 6-ya çatdıran Braziliya yığması qrup lideri kimi pley-offa adlayıb. 3 xalı olan İsveçrə seçməsi 2-ci pillədə qərarlaşıb. Kamerun və Serbiya kollektivləri isə hərəyə 1 xalla 3-4-cü yerləri bölüşdürür.

Qeyd edək ki, daha əvvəl Fransa millisi vaxtından əvvəl qrupdan çıxmağı təmin edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM