satellite   Azerspace-1: 11135 H 30000

Bu gün Azərbaycan Premyer Liqasında XV tura yekun vurulacaq

Bu gün Azərbaycan Premyer Liqasında XV tura yekun vurulacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura yekun vurulacaq.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, günün ilk matçında “Turan Tovuz” klubu “Sabah”ı qəbul edəcək. Bakı təmsilçisi 35 xalla turnir cədvəlində ikinci, Tovuz klubu 16 xalla 6-cı sırada qərarlaşıb.

Tura “Sumqayıt”-“Qəbələ” görüşü ilə yekun vurulacaq. Meydan sahibləri 5 xalla sonuncu - 10-cu, “Qəbələ” 20 xalla beşinci yerdədir.

Qeyd edək ki, turun əvvəlki matçlarında “Neftçi” “Səbail”i 3:1 hesabı ilə üstələyib, “Kəpəz” “Şamaxı” ilə heç-heçə edib - 1:1, “Qarabağ” isə “Zirə”nin müqavimətini qıra bilməyib - 0:0.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM