satellite   Azerspace-1: 11135 H 30000

DÇ-2022: Niderland 1/8 final mərhələsinə vəsiqə qazanıb

DÇ-2022: Niderland 1/8 final mərhələsinə vəsiqə qazanıb

Niderland millisi Qətərdə keçirilən dünya çempionatında 1/8 final mərhələsinə vəsiqə qazanıb. 

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, Lui Van Qalın baş məşqçi olduğu komanda A qrupunun sonuncu - III turunda ev sahibi Qətər seçməsi ilə üz-üzə gəlib. 

Qarşılaşma Avropa təmsilçisinin 2:0 hesablı qələbəsi ilə bitib. Qolları 26-cı dəqiqədə Kodi Qakpo, 49-cu dəqiqədə Frenki de Yonq vurub.

"Narıncılar" 7 xalla qrup lideri kimi növbəti raunda yüksəlib. Niderland yığması pley-offda B qrupunda ikinci yeri tutan komanda ilə görüşəcək. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM