satellite   Azerspace-1: 11135 H 30000

İngiltərə yığması Uels komandasını darmadağın edib

İngiltərə yığması Uels komandasını darmadağın edib

Qətərdə keçirilən dünya çempionatının B qrupunun III turunda İngiltərə Uels komandasını böyük hesabla məğlub edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, matçın ilk iki qolu iki dəqiqə ərzində vurulub. Belə ki, İngiltərə komandasından Markus Reşford 50-ci, Fil Foden isə 52-ci dəqiqədə fərqləniblər. Komandanın üçüncü, özünün isə ikinci qolunu Markus Reşford matçın 68-ci dəqiqəsində rəqib qapısından keçirib.

Yekun nəticəyə görə 7 xal toplayan İngiltərə komandası səkkizdəbir finala vəsiqə qazanıb. Növbəti mərhələdə yığmanın rəqibi A qrupunda ikinci yeri tutan Seneqal millisi olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM