satellite   Azerspace-1: 11135 H 30000

Fransa millisinin üzvü Kilian Mbappe Tunis yığması ilə oyunu buraxa bilər

Fransa millisinin üzvü Kilian Mbappe Tunis yığması ilə oyunu buraxa bilər

Fransa millisinin hücumçusu Kilian Mbappe Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsinin üçüncü turunda Tunis yığması ilə oyunu buraxa bilər.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “Le Parisien” nəşrinə istinadla xəbər verir ki, ötən gün baş tutan məşqdə forvardın topuğunda problem yaranıb. Fransa millisinin baş məşqçisi Didye Deşamın futbolçuya tam sağalması üçün istirahət verəcəyi gözlənilir.

Fransa millisi dünya çempionatının pley-off mərhələsinə vəsiqəni vaxtından əvvəl təmin edib.

Qeyd edək ki, bu gün Rayan şəhərindəki “Edukeyşn Siti” stadionunda keçiriləcək Tunis-Fransa matçı Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM