Tunis və Fransa milli komandalarının start heyətləri açıqlanıb

Tunis və Fransa milli komandalarının start heyətləri açıqlanıb

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının D qrupunun üçüncü turunda qarşılaşacaq Tunis və Fransa yığmalarının start heyətləri açıqlanıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Tunis millisinin start heyətində Aymen Dahmen, Muhammed Ben Romdahne, Nader Qandri, Vacdi Keçrida, Vahbi Xazri, Aissa Layduni, Ali Maalul, Yassin Meria, Elliess Sxiri, Ben Slimani və Montassar Talbi yer alıblar.

Fransa yığmasının heyətində meydana Stiv Mandanda, Eduardo Kamavinqa, Kinqsli Koman, Aksel Disasi, Yusuf Fofana, Matteo Qenduzi, Randal Kolo Muani, İbrahima Konate, Aurelien Çaumeni, Rafael Varan və Cordan Veretut çıxacaqlar.

“Edukeyşn Siti” stadionunda təşkil olunacaq oyun ABŞ-dan olan hakim Mettyu Konqerə tapşırılıb. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM