satellite   Azerspace-1: 11135 H 30000

Güləşçilərimiz Abşeron rayonunda keçirilən birincilikdə uğurlu nəticələr əldə ediblər

Güləşçilərimiz Abşeron rayonunda keçirilən birincilikdə uğurlu nəticələr əldə ediblər

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, Abşeron rayonunda keçirilən sərbəst güləş üzrə açıq birincilikdə iştirak edən Naxçıvan Güləş Federasiyasının idmançılarından 7-si mükafatçılar sırasına düşməyi bacarıb. Ramazan Məmmədli (21 kq), Abbas İsmayılov (27 kq), Tofiq Axundlu (29 kq), Natiq Məmmədov (35 kq), Tuqay Qəhrəmanlı (44 kq) yalnız final görüşlərində məğlub olaraq gümüş medala layiq görülüblər. Asim Kərimli (21 kq), Əli Novruzov (35 kq) və Fuad Rzayev isə (38 kq) yarışı bürünclə tamamlayıblar. 

Sambo üzrə böyüklər arasında keçirilən Bakı açıq birinciliyində Məhəmməd Əlili də 98 kq çəki dərəcəsində bürünc medal qazanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM