Kikboksinq üzrə Azərbaycan kuboku yarışının vaxtı açıqlanıb

Kikboksinq üzrə Azərbaycan kuboku yarışının vaxtı açıqlanıb

Dekabrın 6-da kikboksinq üzrə yeniyetmələr, gənclər və böyüklər arasında Azərbaycan kuboku yarışına start veriləcək.

NUHÇIXAN İnformasiya Agentliyi Azərbaycan Kikboksinq Federasiyasına istinadla xəbər verir ki, dörd gün davam edəcək yarış üçün qeydiyyat prosesi dekabrın 4-də başa çatacaq.

Dekabrın 5-də yeniyetmə və gənclərin, iki gün sonra isə böyüklərin çəkiölçmə mərasimi keçiriləcək. Yeniyetmələr (2007-2008) "Low kick", gənclər (2005-2006) və böyüklər (18 yaşı tamam olmuş) "Low kick" və "Full contact" qaydalarına uyğun olaraq yarışacaqlar.

Qeyd edək ki, Bakı İdman Sarayında təşkil ediləcək yarış növbəti il üçün yeniyetmə və gənclər, eləcə də böyüklərdən ibarət millinin heyətini müəyyənləşdirmək üçün nəzərdə tutulub. Gələn il uşaq, yeniyetmə və gənclərin Avropa çempionatı İstanbulda (25 avqust – 3 sentyabr) və böyüklərin dünya çempionatı Portuqaliyanın paytaxtı Lissabonda (noyabr) baş tutacaq.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM