satellite   Azerspace-1: 11135 H 30000

DÇ-2022: Fransa millisinin qolu oyun başa çatdıqdan sonra ləğv olunub

DÇ-2022: Fransa millisinin qolu oyun başa çatdıqdan sonra ləğv olunub

Qətərdə keçirilən dünya çempionatında Tunis və Fransa yığmaları arasında D qrupunun III tur oyununda kuryoz hadisə baş verib.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, Avropa təmsilçisinin hücumçusu Antuan Qrizmannın 90+8-ci dəqiqədə vurduğu qol final fitindən sonra ləğv edilib.

Matçın baş hakimi Mettyu Konger əvvəlcə qolu qeydə alsa da, görüş başa çatdıqdan sonra VAR sistemi epizoda müdaxilə edib. Nəticədə oyundankənar vəziyyət qeydə alınıb və qol sayılmayıb.

Qeyd edək ki, görüş Tunis yığmasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Fransa millisi məğlubiyyətə baxmayaraq, qrupu 6 xalla ilk pillədə başa vurub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM