Argentina və Polşa yığmaları mundialın pley-off mərhələsində - FOTOLAR

Argentina və Polşa yığmaları mundialın pley-off mərhələsində<font color=red> - FOTOLAR</font> Argentina və Polşa yığmaları mundialın pley-off mərhələsində<font color=red> - FOTOLAR</font>

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının pley-off mərhələsinə yüksələn daha iki milli komanda müəyyənləşib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, C qrupunun üçüncü turu çərçivəsində Polşa və Argentina milliləri üz-üzə gəliblər. “Stadium 974”də oynanılan matçın ilk hissəsində hesab açılmayıb. İkinci hissəyə daha fəal başlayan Argentina yığması 46-cı dəqiqədə istəyinə çatıb. Belə ki, Aleksis Makallister komandasını hesabda önə keçirib. Təzyiqi artıran Cənubi Amerika təmsilçisi 68-ci dəqiqədə rəqibi meydanın mərkəzinə dəvət edib. Bu dəfə Argentina millisinin heyətində Xulian Alvares fərqlənib və bu, oyunda vurulan sonuncu qol olub. Beləliklə, görüş Argentina millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qurupun digər oyununda Səudiyyə Ərəbistanı və Meksika komandaları qarşılaşıblar. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda Meksika millisi 2:1 hesabı ilə qalib gəlib. “Lusail” stadionunda oynanılan matçda Meksika yığmasının qollarını 48-ci dəqiqədə Enri Martin və 52-ci dəqiqədə Luis Çaves vurublar. Rəqib komandanın qoluna isə 95-ci dəqiqədə Salem Aldavsari imza atıb.

Argentina millisi 6 xalla qrup lideri kimi pley-off mərhələsinə yüksəlib. Polşa millisi isə 4 xalla ikinci pillədə qərarlaşıb və mərhələ adlayıb. Eyni xala malik Meksika üçüncü, hesabında 3 xal olan Səudiyyə Ərəbistanı isə sonuncu olub.

Qeyd edək ki, Portuqaliya, Braziliya, Niderland, Seneqal, İngiltərə, ABŞ, Fransa və Avstraliya yığmaları da səkkizdəbir finala vəsiqəni təmin ediblər.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM