satellite   Azerspace-1: 11135 H 30000

Qadın şahmatçılarımız dünya reytinqində irəliləyiblər

Qadın şahmatçılarımız dünya reytinqində irəliləyiblər

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) yeni reytinq siyahısı açıqlanıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, norveçli dünya çempionu Maqnus Karlsenin (2859 xal) başçılıq etdiyi siyahıda Azərbaycan şahmatçıları Teymur Rəcəbov (2747 xal, 11-ci yer) və Şəhriyar Məmmədyarovun (2740 xal, 14-cü yer) mövqeləri dəyişməyib.

Kişi şahmatçılarımızdan Qədir Hüseynov (2661 xal) 84-cü yerdə qərarlaşıb, Rauf Məmmədov və Nicat Abbasov isə ilk “100-lük”dən kənarda qalıblar.

Qadın şahmatçılarımızdan Xanım Balacayeva və Gülnar Məmmədova iki pillə irəliləyiblər. Belə ki, X.Balacayeva (2379 xal) 71-ci, G.Məmmədova (2376 xal) 76-cı pillədədirlər.

Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva 1 pillə geriləyiblər. G.Məmmədzadə (2472 xal) 21-ci, Ü.Fətəliyeva (2428 xal) 37-ci, G.Beydullayeva (2387 xal) isə 63-cü yerləri tutublar.

Qadın şahmatçıların reytinq siyahısına çinli Yifan Hou (2638 xal) başçılıq edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM