satellite   Azerspace-1: 11135 H 30000

İtaliya millisinin sabiq hücumçusu Canluka Vialli vəfat edib

İtaliya millisinin sabiq hücumçusu Canluka Vialli vəfat edib

Futbol üzrə İtaliya millisinin sabiq hücumçusu Canluka Vialli vəfat edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi İtaliya mətbuatına istinadən xəbər verir ki, o, bu gün 58 yaşında dünyasını dəyişib. Vialli 2017-ci ildən mədəaltı vəzi xərçəngi ilə mübarizə aparırdı.

Vialli futbolçu karyerası ərzində "Sampdoriya", "Yuventus", "Çelsi" və "Kremoneze"də oynayıb. O, baş məşqçi Roberto Mançinin köməkçisi kimi İtaliya seçməsi ilə “Avro-2020”nin qalibi olub. Futbolçu olaraq isə “Avro-1988”də və 1990-cı ildə İtaliyanın ev sahibliyi etdiyi dünya çempionatında bürünc medal qazanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM