satellite   Azerspace-1: 11135 H 30000

Şahmatçımız Çində mübarizə aparacaq

Şahmatçımız Çində mübarizə aparacaq

Bu gün Çində “The Belt and Road 2023 to World Chess Womans Summit” turnirinə start veriləcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, sürətli şahmat üzrə təşkil olunan yarış dairəvi sistemlə keçiriləcək. Ümumilikdə turnirdə 7 ölkədən 12 şahmatçı mübarizə aparacaq. Azərbaycanı yarışda milli komandanın lideri Günay Məmmədzadə təmsil edəcək.

Çin yarışında Günay Məmmədzadə ilə yanaşı, Bela Xotenaşvili (Gürcüstan), Antuanetta Stefanova (Bolqarıstan), Bibisara Assaubayeva (Qazaxıstan), Marsel Efroimski (İsrail), Monika Soçko (Polşa), Qi Quo, Ni Şiqun, Jao Mo, Ninq Kayu, Xiao Yu və Li Xueyi (hamısı Çin) çıxış edəcək.

Turnirin qalibləri yanvarın 8-də məlum olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM