satellite   Azerspace-1: 11135 H 30000

Qaret Beyl peşəkar karyerasını başa vurub

Qaret Beyl peşəkar karyerasını başa vurub

Uels millisinin hücumçusu Qaret Beyl karyerasını başa vurub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə o, özünün sosial şəbəkə hesabında paylaşım edib.

Otuz üç yaşlı uelslinin sonuncu klubu “Los-Anceles” olub.

Qeyd edək ki, Qaret Beyl karyerası ərzində İngiltərənin "Sauthempton" və "Tottenhem", həmçinin İspaniyanın "Real Madrid" komandalarında çıxış edib. O, “Real Madrid” klubunun heyətində 5 dəfə Çempionlar Liqasının, eyni zamanda 3 dəfə İspaniya çempionatının qalibi olub.

Uels yığmasının heyətində meydana çıxdığı 109 matçda 41 qola imza atıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM