satellite   Azerspace-1: 11135 H 30000

İsveçrədə qrosmeyster olacaq gənc şahmatçıya 1 kiloqramlıq qızıl sikkə veriləcək

İsveçrədə qrosmeyster olacaq gənc şahmatçıya 1 kiloqramlıq qızıl sikkə veriləcək

İsveçrənin Gənclər Fondu gənc şahmatçıları həvəsləndirmək üçün maraqlı təşəbbüsə əl atıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, 2030-cu ilədək qrosmeyster adını qazana biləcək ilk əslən isveçrəli gənc şahmatçı fond tərəfindən 1 kiloqram çəkisi olan qızıl sikkə ilə mükafatlandırılacaq. Bu təşəbbüs xanım şahmatçılar üçün də keçərlidir. Belə ki, eyni uğura imza atmış ilk xanım şahmatçı yarım kiloqramlıq sikkənin sahibi olacaq.

Qeyd edək ki, İsveçrənin şahmat tarixində cəmi 10 qrosmeysteri olub və onların da böyük əksəriyyəti milliləşdirilmiş şahmatçılardır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM