satellite   Azerspace-1: 11135 H 30000

Mərakeş millisi Afrika Millətlər Kubokunda iştirak etməyəcək

Mərakeş millisi Afrika Millətlər Kubokunda iştirak etməyəcək

Mərakeş millisi fevralın 4-dək təşkil ediləcək Afrika Millətlər Kubokunda iştirak etməyəcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Mərakeş Kral Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, buna səbəb iki ölkə arasında münasibətlərin gərgin olmasıdır. Belə ki, Əlcəzair hökuməti Mərakeş milli komandasının istifadə etdiyi “Royal Air Maroc” aviaşirkətinin ölkəyə uçmasına rəsmi icazə verməyib.

Qeyd edək ki, Mərakeş milli komandası dünya çempionatı tarixində yarımfinal mərhələsinə vəsiqə qazanan ilk Afrika təmsilçisi olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM