satellite   Azerspace-1: 11135 H 30000

Klublararası dünya çempionatının püşkü atılıb

Klublararası dünya çempionatının püşkü atılıb

Bu il Mərakeşdə keçiriləcək futbol üzrə klublararası dünya çempionatının püşkü atılıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, turnirin ilk oyunu Misirin "Əl-Əhli" və Yeni Zelandiyanın "Oklend Siti" komandaları arasında dörddəbir finala vəsiqə uğrunda olacaq. Qarşılaşma fevralın 1-də baş tutacaq.

İlkin mərhələ çərçivəsində “Sietl Saunders” (ABŞ) klubu “Əl-Əhli” - "Oklend Siti" cütünün qalibi, Mərakeşin "Vidad" komandası isə "Əl-Hilal" (Səudiyyə Ərəbistanı) ilə qarşılaşacaq. Birinci cütün qalibi yarımfinalda “Real Madrid”ə, ikinci görüşün qalibi isə “Flamenqo”ya (Braziliya) rəqib olacaq.

Qeyd edək ki, yarımfinal matçları fevralın 7-8-də keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM